SON DƏQİQƏ
» » PA-dan seçkilərə reaksiya: MSK bütün pozuntuları...

PA-dan seçkilərə reaksiya: MSK bütün pozuntuları...

Tarix:

11-02-2020, 23:00

/ 1 259 dəfə oxundu.
PA-dan seçkilərə reaksiya: MSK bütün pozuntuları...

Biz ATƏT/DTİHB-nin rəyi ilə yaxından tanış olduq. Hesab edirəm ki, budəfəki dəyərləndirmədə konseptual bir fərq aydın surətdə sezilir. DTİBH-nin rəyi məzmunca siyasi bəyanat xarakteri daşımır və əsas vurğu prosedur-təşkilati məsələlərə yönəldilir. Yəni, çatışmazlıq kimi qələmə verilən məqamların, iradların əksəri məhz prosedur-təşkilati səciyyəlidir. Onlar lokal xarakter daşıyır və ümumi nəticələrə şamil olunmur.

GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı açıqlamasında deyib.

H.Hacıyev xüsusi olaraq vurğulayıb ki, bəzi müxalifət nümayəndələrinin iddia etdiyi kimi, DTİBH-nin rəyində parlament seçkilərinin nəticələrinin şübhə altına alınması məsələsi yoxdur:

“Məlum olduğu kimi, seçkidən dərhal sonra Mərkəzi Seçki Komissiyası iddia edilən bütün pozuntuların, o cümlədən videogörüntülərin ciddi şəkildə araşdırılacağını bildirmişdi”.

H.Hacıyev qeyd edib ki, biz hər bir seçkini əvvəlki ilə müqayisədə tərəqqi, eyni zamanda, çatışmazlıqların aradan qaldırılması imkanı kimi görürük:

“Bu mənada, beynəlxalq öhdəliklərimizə uyğun olaraq beynəlxalq təşkilatlarla konstruktiv əsasda əməkdaşlığa həmişə hazırıq və DTİHB da daxil olmaqla, seçkiləri müşahidə etmiş bütün təşkilatların müvafiq təklif və tövsiyələri diqqətlə təhlil olunacaq”.

скачать dle 12.1

Şərhlər