SON DƏQİQƏ

Baş nazir vəkillərlə bağlı qanunu imzaladı

Tarix:

3-02-2020, 22:27

/ 1 197 dəfə oxundu.
Baş nazir vəkillərlə bağlı qanunu imzaladı

Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara dəyişiklik edib.

GunAz.az əbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilir ki, dəyişiklik “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanının 13.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alınıb.

Bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödəniləcək.

Bu Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ