SON DƏQİQƏ
» » Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə... - Prezident

Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə... - Prezident

Tarix:

27-01-2020, 23:40

/ 1 119 dəfə oxundu.
Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə... - Prezident

İri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur.

GunAz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.

"Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar", - İ.Əliyev qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ