SON DƏQİQƏ
» » YAP-dan seçkinin yekunları ilə bağlı ilk açıqlama

YAP-dan seçkinin yekunları ilə bağlı ilk açıqlama

Tarix:

23-12-2019, 21:47

/ 1 213 dəfə oxundu.
YAP-dan seçkinin yekunları ilə bağlı ilk açıqlama

Bələdiyyə seçkiləri başa çatdı. İnanıram ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin səslərinin çoxunu qazanaraq, yenə də seçkilərin qalibi ola biləcək. Bu inam hər şeydən əvvəl ölkədə uğurla həyata keçirilən Prezident İlham Əliyevin siyasətinə və onun hamı tərəfindən yüksək qiymətləndirilən nəticələrinə əsaslanır. Azərbaycanın böyüyən iqtisadiyyatı, insanların artan rifahı, şəhərlərin və kəndlərin dəyişən və müasirləşən siması, insanlara rahatlıq gətirən infrastruktur layihələri, ordumuzun güclənməsi və sair möhtəşəm nailiyyətlərimiz seçkilərdə qələbəmizin obyektiv əsaslarıdır.

GunAz.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov Feysbuk səhifəsində paylaşıb.

Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının çoxminli fəallarının, xüsusilə də gənc könüllülərin seçki təşviqatında fəal iştirakını, qələbə naminə göstərdikləri fədakarlığı ayrıca qeyd etmək istəyir:

“Qarşıda isə bələdiyyələrə seçilənlərin xalqa ləyaqətlə xidmət etməsi kimi böyük məsuliyyət və vəzifə dayanır. Şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasını bələdiyyələrdə təmsil edən üzvlər öz məsuliyyətlərini lazımınca dərk edəcək, insanlara layiqincə xidmət göstərəcək, xalqın onlara göstərdiyi etimada layiq olmağa çalışacaqlar. Bələdiyyələrə üzv seçilənləri təbrik edir, seçki kampaniyasında yaxından iştirak edən və əsl fədakarlıq göstərən partiya təmsilçilərinə təşəkkürümü bildirirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ