SON DƏQİQƏ

Prezident 80 yaşlı akademiki təltif etdi

Tarix:

18-12-2019, 22:43

/ 1 168 dəfə oxundu.
Prezident 80 yaşlı akademiki təltif etdi

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Fərzəliyev elmin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Kult.az xəbər verir ki, V.Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktorudur.

19 dekabr 1939-cu ildə Bakıda anadan olub. BDU-nun kimya fakültəsini bitirib, aspiranturanı Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunda oxuyub.

Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir.

670 elmi əsərin, o cümlədən 114 müəlliflik şəhadətnaməsi və patent, üç monoqrafiyanın, bir kitabın müəllifidir. Onun əsərlərinin təxminən 300-ə yaxını xaricdə çap olunub. 120-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ