SON DƏQİQƏ

Ərdoğan ABŞ-a dəvət aldı-RƏSMİ

Tarix:

7-10-2019, 08:00

/ 1 269 dəfə oxundu.
Ərdoğan ABŞ-a dəvət aldı-RƏSMİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

GunAz.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, liderlər ikitərəfli münasibətlər, eləcə də Suriyada Fərat çayının şərqində qurulması planlaşdırılan təhlükəsiz zona ilə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti PKK/YPG terror təhlükəsinin aradan qaldırılması və suriyalı qaçqınların ölkələrinə qayıtması üçün təhlükəsiz zonanın yaradılmasının şərt olduğunu bildirib.

Bundan başqa, Tramp Ərdoğanı noyabrda Vaşinqtona səfərə dəvət edib.

"Liderlər ABŞ prezidenti Donald Trampın dəvəti ilə növbəti ayda Vaşinqtonda danışıqlar aparmağa razılaşdırıb", - Türkiyə prezidentinin dəftərxanasından qeyd edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ