SON DƏQİQƏ

Prezident Bakıya 10 milyon manat ayırdı

Tarix:

18-09-2019, 19:53

/ 1 361 dəfə oxundu.
Prezident Bakıya 10 milyon manat ayırdı

Ölkə başçısı İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

скачать dle 12.1

Şərhlər