SON DƏQİQƏ
» » Paşinyan Putinə Vyana görüşü ilə bağlı hesabat verdi

Paşinyan Putinə Vyana görüşü ilə bağlı hesabat verdi

Tarix:

1-04-2019, 18:02

/ 10 304 dəfə oxundu.
Paşinyan Putinə Vyana görüşü ilə bağlı hesabat verdi

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

Kremlin yaydığı məlumata görə, telefon danışığı zamanı Paşinyan martın 29-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə Putini məlumatlandırıb və danışıqlar prosesinə əhəmiyyətli vasitəçiliyinə görə Rusiya tərəfinə təşəkkür edib. 

Putin bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun xətti ilə münaqişənin həlli yollarının əsas aspektlərinin tənzimlənməsinə gələcəkdə də səy göstərməyə hazırdır.

Bundan başqa, tərəflər ikitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ