SON DƏQİQƏ
» » Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışladı

Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışladı

Tarix:

18-03-2019, 08:14

/ 10 259 dəfə oxundu.
Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışladı

Avropa İttifaqı Azərbaycanda Novruz Bayramı münasibətilə 400-dən çox məhbusun prezident İlham Əliyev tərəfindən əfv olunmasını alqışlayır.

GunAz.az xəbər verir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin (EBC) bazar günü, martın 17-də dərc edilmiş rəsmi bəyanatında deyilir.

Bəyanatda xatırladılır ki, əfv olunanlar arasında siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bloqerlər və jurnalistlər də yer alır. “Bu addım dəstəklə qarşılanır”-Avropa İttifaqının xarici siyasət Xidməti bildirir.

Bəyanata əsasən Aİ gözləyir ki, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də bu cür addımlar atılacaq. EBC onu da bildirir ki, Avropa İttifaqı Azərbaycanla o cümlədən “ikitərəfli münasibətlərdə mühüm element olan” insan haqları sferasında əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı fəaliyyəti davam etdirir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ