SON DƏQİQƏ
» » İƏT Xocalı soyqırımı və Qarabağla bağlı qətnamə qəbul etdi

İƏT Xocalı soyqırımı və Qarabağla bağlı qətnamə qəbul etdi

Tarix:

16-03-2019, 10:26

/ 10 270 dəfə oxundu.
İƏT Xocalı soyqırımı və Qarabağla bağlı qətnamə qəbul etdi

Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü sessiyasında Azərbaycanla bağlı iki qətnamə qəbul olunub.

Bu haqda GunAz.az-a açıqlamasında Azərbaycanın İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva məlumat verib.

O, qeyd edib ki, sessiyada “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə qəbul edilib.

 G. Baxşəliyeva sonra sessiyada məruzə ilə çıxış etdiyini, Ermənistan-Azərbaycan münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ