SON DƏQİQƏ
» » ITU: Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası sayəsində inkişaf edir

ITU: Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası sayəsində inkişaf edir

Tarix:

12-03-2019, 12:59

/ 10 269 dəfə oxundu.
ITU: Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası sayəsində inkişaf edir

Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası və dövlətlə özəl sektor arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf edir.

GunAz.az-ın məlumatına görə, bunu Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) MDB ölkələri üzrə Regional şöbəsinin rəhbəri Kirill Oparin Bakıda kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən “Dayanıqlı və təhlükəsiz bulud mühiti” konfransında deyib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos forumunda çıxışı zamanı ölkənin inkişafının innovasiyalardan və yeni texnologiyaların tətbiqindən asılı olacağını deyib:

“İndi biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin sözləri həqiqətdir”.

K.Oparin əlavə edib ki, regionun bütün ölkələri infrastrukturun və rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası və planlarını dövlət səviyyəsində reallaşdırır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ