SON DƏQİQƏ
» » Bir görüşün nəticəsi: Prezident dərhal sərəncam verdi

Bir görüşün nəticəsi: Prezident dərhal sərəncam verdi

Tarix:

4-03-2019, 22:18

/ 10 349 dəfə oxundu.
Bir görüşün nəticəsi: Prezident dərhal sərəncam verdi

İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alan Prezident İlham Əliyev ölkə teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat vəsait ayırması barədə sərəncam verib.

Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb.

Qeyd edək ki, 1 martda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət xadimləri ilə görüşmüşdü.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ