SON DƏQİQƏ
» » ABŞ-ın İmmiqrasiya Xidmətinin Afina ofisi Azərbaycana cavabdeh olacaq

ABŞ-ın İmmiqrasiya Xidmətinin Afina ofisi Azərbaycana cavabdeh olacaq

Tarix:

7-02-2019, 08:37

/ 10 278 dəfə oxundu.
ABŞ-ın İmmiqrasiya Xidmətinin Afina ofisi Azərbaycana cavabdeh olacaq

ABŞ-ın İmmiqrasiya və vətəndaşlıq Xidməti martın 29-da Moskvadakı ofisini bağlayacaq.

RİA “Novosti”nin məlumatına görə, iş həcminin azalması üzündən ofis artıq fevralın 28-də fəaliyyətini dayandıracaq.

Bildirilir ki, gələcəkdə ABŞ-ın İmmiqrasiya və vətəndaşlıq Xidmətinin Moskva ofisinin funksiyasını qurumun Yunanıstan paytaxtındakı ofisi yerinə yetirəcək. Sözügedən ofis Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Estoniya, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan kimi ölkələrdən daxil olan müvafiq müraciətlərə baxacaq.

Qeyd edək ki, ABŞ-ın İmmiqrasiya və vətəndaşlıq Xidməti immiqrasiya və sığınacaq verilməsi ilə bağlı müraciətlərin baxılmasına cavabdeh qurumdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ