SON DƏQİQƏ
» » Tbilisi ilə Bakı arasında münasibətləri gərginləşdirmək cəhdi

Tbilisi ilə Bakı arasında münasibətləri gərginləşdirmək cəhdi

Tarix:

25-01-2019, 17:40

/ 10 394 dəfə oxundu.
Tbilisi ilə Bakı arasında münasibətləri gərginləşdirmək cəhdi

Və ya erməni terrorçunun adının əbədiləşdirilməsində kimlər maraqlıdır?

Zaman-zaman regionun iki strateji müttəfiqi olan Azərbaycanla Gürcüstan arasında problem, ziddiyyət yaratmağa cəhdlər göstərilib, Bakı ilə Tbilisinin münasibətlərinin psləşməsinə çalışılıb. Düzdür, ortada olan siyasi iradə və qarşılıqlı anlaşma şəraitində hər iki tərəf planlı şəkildə ortaya atılmış bu oyunları neytarllaşdırmağa nail olsa da, lakin məkirli qüvvələrin özfəaliyyəti hələ də davam edir. Elə bu günlərdə Gürcüstanın Axalkalaki rayonunda erməni terrorçunun şərəfinə büstün ucaldılması da bunun əyani sübutudur. Hanıs ki. həmin erməni terrorçu Azərbaycana qarşı təcavüzdə yaxından iştirak edib.

Qonşu ölkədə belə bir halın müşahidə edilməsi haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq, etiraz doğurub. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər Gürcüstanda erməni terrorçunun adının əbədiləşdirilməsinə etiraz bildiriblər. Cənubi Qafqazda Sülh və Tıhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürücstanın Axalkali rayonunun Buqaşen kəndindən Azərbaycana qarşı soyqırımda və ərazilərin işğalında iştirak etmiş erməniyə abidə ucladılması, indiki Gürcüstan hakimiyyətinin siyasi səhvidir. Onun sözlərinə görə,  bu abidə birbaşa Gürcüstan hökumətinin razılığı olmadan ucaldıla bilməz: "Gürcüstan öz ərazisində etnik qarşıdurmanı bununla dərinləşdirməklə, daxilindəki bu kimi provakotiv siyasətə göz yumur. Bu ölkənin gələcəyinə ermənilər tərəfindən minaların yerləşdirilməsidir. Belə çıxır ki, biz də Mübariz İbrahimovun abidəsini Borçalıda ucaltmalıyıq".Poltoloq deyib ki, rəsmi Tiflis hazırda etnik separtizmə və işğala məruz qalıb. Ona görə də belə bir yanaşmanı ortaya qoymaqla, yeni separtizmə yol açır: "Burada yaşayan ermənilər daima Gürcüstana qarşı separatçılığa qalxıblar. Təəssüf ki, Gürcüstanın yeni rəhbərliyinin yanlış siyasəti nəticəsində ölkə ərazisində etnik qarşıdurmanı alovlandırır.  Rəsmi Tiflis Azərbaycanla imzaladığı strateji tərəfdaşlıq müqavilələrinə zidd olaraq addım atır. Gürcüstanın bu yanaşması regionda xalqlar arasında sülhə deyil, problemlərə yol açır".

Millət vəkili Adil Əliyev isə bildirib ki, M.Avagyan Dağlıq Qarabağın işğal olunmasında iştirak etdiyi kimi, Gürcüstanın Abxaziya vilayətinin də işğalında yaxından iştiraka edib. Deputat qeyd edib ki, erməni terrorçu Azərbaycana düşmən olduğu kimi Gürcüstana da düşmən olmalıdır: "Çünki Gürcüstanın torpaqlarının bir hissəsinin işğal olunmasında onun da böyük rolu var. O, hər iki xalqın düşmənidir. Avagyan hər iki ölkənin torpaq uğrunda gedən döyüşlərində həm azərbaycanlılara, həm də gürcülərə qarşı törətdiyi qəddarlığı ilə tanınır. Demək istəyirəm ki, onun kimi bir adama Gürcüstanda abidə ucaldılması sadəcə yoverilməzdir. Bu fakt bizi çox narahat edir. Çünki Gürcüstan və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Düşünürəm ki, Gürcüstan höküməti qısa müddətdə buna reaksiya verməlidir".

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili isə bildirib ki, Gürcüstanda erməninin abidəsinin ucaldılması iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirə bilər. O, bir neçə gün bundan əvvəl ölkənin Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılmasına etirazını bildirib.  Toğrul Allahverdili qeyd edib ki, Gürcüstan da Azərbaycan dövləti kimi torpaqlarının bir hissəsi işğal olunan ölkələrdəndir: "Azərbaycan torpaqlarının işğalında iştirak edən, azyaşlıları öldürən bir erməniyə Gürcüstanda abidə ucaldılması bütün dünya azərbaycanlılarını sarsıdıb. Bu, yolverilməzdir. Bu, iki ölkə arasında gərginliyin yaranmasına səbəb ola biləcək hadisədir. Gürcüstanda erməniyə abidə ucaltması qonşu və dostluq münasibətində olduğu Azərbaycana kürəyindən bıçaq zərbəsi vurması deməkdir".

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib ki,  başqa bir müstəqil dövlət kiməsə heykəl qoyursa və ya park salırsa, buna Azərbaycan qarışa bilməz: "Bu bizim xarici siyasət konsepsiyamızda da rəsmən öz əksini tapıb. Ürəyi istəyən terrorçuya heykəl qoyar, ürəyi istəyən lap adına park da açar. Amma Azərbaycanı incidən məqam odur ki, bu olay Gürcüstan ərazisində baş verir. Gürcüstan sıradan bir qonşu ölkə deyil. Daha doğrusu Azərbaycan Gürcüstan üçün sıradan bir qonşu dövlət deyir, daha çox ayaqda qalma funksiyasını təmin edən böyük qardaşdır. Bu mənada Vətəndaş Cəmiyyətinin haqlı narazılığını Gürcüstan höküməti nəzərə almalı və lazımi tədbirləri görməlidirlər". Səbuhi Abbasovun sözlərinə görə,  məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, bəzi dostlarımız bu olayda Diasporla İş üzrə Dövlət Komitəsini günahlandırıb: "Əvvəla deyim ki, mən Nazim İbrahimov dönəmində Komitəni tənqid edəndə nəsə hər kəs sakitçiliyə qərq olmuşdu. Sözümün canı odur ki, diaspor fəaliyyətindən narazısınızsa bunu ilk növbədə Nazim İbrahimova "borclusunuz". 10 ildə talanan komitəni 10 gündə mükəmməl səviyyəyə qaldırmaq sadəcə mümkün deyil. Onun dönəmində Azərbaycan diaspor təşkilatları biri-birilərinə qənim kəsildilər. Fuad Muradov 6 aydır ki, küsənləri, Vətəndən incik düşənləri barışdırmaqla məşğuldur. Konkret Gürcüstandakı məsələyə gəldikdə isə qeyd edim ki, prosesə ilk növbədə Xarici İşlər Nazirliyi tam müdaxilə etməli idi, etdi də. Yəni Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan xarici siyasətini müəyyən eləmir, sadəcə bu sahənin ən strateji istiqaməti olan diaspor siyasətini koordinə edir".

Gürcüstan Azərbaycanlıları Konqresində isə sözügedən məsələ ilə bağlı hüquqşünaslarla görüş keçirilib, məsələnin Konstitusiya Məhkəməsinə çəkilməsi istisna edilmir. Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov 20 yanvar tarixində Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində qoyulan Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avagyanın büstü ilə bağlı baş verən hadisələrə münasibətində bildirərəkən deyib ki,  artıq rəsmi Bakı da bu məsələni nəzarətinə götürüb və Gürcüstan tərəfə etiraz edilib. Hüseyn Yusubov bildirib ki, hadisə ilə bağlı sosil şəbəkələrdə və mediada söylənilən fikir və münasibətlərdən artıq işə keçməyin vaxtıdır: "Buna görə də Konqresin baş ofisində hüquqşünaslarla ciddi məsləhətləşmələr apardıq. Bu məsələ Konstitutsiya Məhkəməsində həll olunmalıdır. Şərəfsiz erməni dığasının şərəfinə ucaldılan büst götürülməlidir. Abidələr böyük tarixi şəxsiyyətlərin şərəfinə ucaldılmalıdır. Alçaq separatistlər üçün olan daş parçalarının separatizmin qurbanı olan Gürcüstanda olmasını separatizmin təbliği kimi qiymətləndiririk. Bu məsələ milli və şərəf məsələsidir. Bunun sonuna kimi getməli və həmrəylik nümayiş etdirməliyik".
GAK sədri Gürcüstanda yaşayan bütün soydaşlarımızı, söz və səlahiyyət sahibi olan məsul şəxsləri bu hadisəyə kəskin surətdə etiraz bildirmələrini zəruri hesab edib.

Qeyd edək ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb. Açılış mərasimində Gürcüstan rəsmiləri- Akhalkalaki bələdiyyə başçısı Yurik Hunanyan, bələdiyyə sədri Nairi İriçyana, hakimiyyət orqanları, habelə millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan, eləcə də Ermənistanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Ruben Sadoyan iştirak ediblər. Avagyanın abidəsinin və onun ətrafında salınan oyun meydançasının inşasına erməni diasporu iş adamı Gagika Avagyan maddi dəstək olub.

Xatırladaq ki, "kobra" ləqəbli M.Avagyan Qarabağ müharibəsi başlayan zaman Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. O, azərbaycanlılara qarşı qəddarlığı ilə tanınıb.

Füzuli

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ