SON DƏQİQƏ
» » Prezident: İxtisar olunan strukturlarda çalışanlar işlə təmin olunacaqlar

Prezident: İxtisar olunan strukturlarda çalışanlar işlə təmin olunacaqlar

Tarix:

24-01-2019, 18:02

/ 10 294 dəfə oxundu.
Prezident: İxtisar olunan strukturlarda çalışanlar işlə təmin olunacaqlar

Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır.

Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın.

GunAz.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, bunu prezident İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı mərasimində deyib.

“Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdır - istixanalar, institutun gözəl binası, laboratoriyalar. 

скачать dle 12.1

Şərhlər