SON DƏQİQƏ

Jurnalistlər mükafatlandırıldı - Foto

Tarix:

26-12-2018, 19:56

/ 10 219 dəfə oxundu.
Jurnalistlər mükafatlandırıldı - Foto

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

GunAz.az xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də Fond əlamətdar günlərlə bağlı müsabiqələr təşkil edib. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Fond üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Jurnalistlər üçün tikilən növbəti yaşayış binasının artıq 13-cü mərtəbəsi yekunlaşır. Bütün bu işlər 2019-cu ildə də davam etdiriləcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Bu əlamətdar gün təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeyd olunub. XX əsrin əvvəllərində Azərbaycan aparıcı dövlətlərdən də xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verib.

Azərbaycanın sosial-iqtisadi inkişafından danışan Prezidentin köməkçisi bildirib ki, ölkəmiz yola saldığımız ildə nailiyyətlərini daha da artırıb. Bu il bir sıra transmilli layihələr icra olunub, üçüncü peykimiz orbitə buraxılıb.

Yola saldığımız il media sahəsində də uğurlu olub. Saytların sayı artıb. Saytların müxtəlif xarici dillərdə versiyaları yaranıb. Bu il reket jurnalistikası ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Bu da mediamızın təmizlənməsi işində əhəmiyyətlidir.

Sonra qaliblər mükafatlandırılıb. Təltif olunanlar arasında AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədov da var.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan xalqını qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib. İki qardaş ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin də Azərbaycan jurnalistikası üçün əlamətdar olduğunu bildirib. Azərbaycanda sağlam jurnalistikanın mövcud olduğunu deyən Ə.Amaşov bu sahədə görülən işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, Mətbuat Şurası jurnalistikamızın sağlamlaşdırılması işini bundan sonra da davam etdirəcək.

Tədbir bədii hissə ilə davam edib.

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər