SON DƏQİQƏ
» » Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı

Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı

Tarix:

15-12-2018, 15:47

/ 10 351 dəfə oxundu.
Suriyalı deputat ölkəsindəki dəhşətlərdən danışdı

4300-dən artıq məktəbimiz darmadağın, yerlə-yeksan edilib. Ölkəmiz dağıdılıb, terrorçuluq ölkəmiz boyunca hər yerə yayılıb. Terror, terrorçuluq bomba “effekti” daşıyır, hər şeyi vurub dağıdır, məhv edir. Bizim bugünkü durumumuz məhz belədir.

GunAz.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) iki gündür davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı suriyalı parlamentari deyib.

Suriyalı deputat 2011-ci ilə, Suriya vətəndaş müharibəsinə sürüklənənə kimi, ölkəsində təhsilin ən yüksək səviyyədə olduğunu bildirib.

O xatırladıb ki, Suriyada təhsil hər zaman pulsuz, dövlət hesabına olub.

“Ancaq bu gün təhsildən danışmaq olmaz. Terrorçular tərəfindən ölkəmiz darmadağın edilib, məktəblər, xəstəxanalar yerlə-yeksan olunmuş vəziyyətdədir. Bunlar bizim üçün dəhşətli mənzərələrdir”, - deyə suriyalı deputat əlavə edib.

скачать dle 12.1

Şərhlər