SON DƏQİQƏ

Çavuşoğlu Azərbaycana səfər edəcək

Tarix:

12-12-2018, 12:32

/ 10 259 dəfə oxundu.
Çavuşoğlu Azərbaycana səfər edəcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Azərbaycana səfərə gələcək.

GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatlara görə, o, Bakıda təşkil ediləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək. 

Toplantıda nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, energetika, ekologiya, ticarət, gömrük işləri, terrorçu qruplaşmalarla mübarizə, mədəniyyət kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. 

скачать dle 12.1

Şərhlər