SON DƏQİQƏ
» » "Bu layihə bağlılığı gücləndirəcək" - Nazir

"Bu layihə bağlılığı gücləndirəcək" - Nazir

Tarix:

7-12-2018, 14:52

/ 10 265 dəfə oxundu.
"Bu layihə bağlılığı gücləndirəcək" - Nazir

Ötən illər ərzində ölkəm qeyri-enerji sektorunun inkişafında, xüsusilə də Azərbaycanda biznes və sərmayə mühitini inkişaf etdirməklə və nəqliyyat infrastrukturlarını tikməklə və buraya sərmayə qoymaqla, nəzərə çarpacaq addımlar atıb.

GunAz.az axar.az -a istinadən xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov “ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, ölkəmizin bütün səyləri Azərbaycanınla məhdudlaşmır:

“Azərbaycan Hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır. Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu vardır. BTQ Yeni İpək Yolu adlanan və Trans-Avropa və Trans-Asiya dəmir yol şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir”.

E.Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan hökumətinin başqa bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd proseduralarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir:

“Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.

Xüsusilə qeyd etmək istədiyim bir sahə yeni Bakı Limanı ətrafında Azad Ticarət Zonasının yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylərimizdir. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.

İcra üçün artıq hazır olan, Azərbaycanı və Mərkəzi Asiyadakı tərəfdaşlarımızı, habelə potensial olaraq Əfqanıstanı da əhatə edəcək “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsi Avropa və Asiya arasında bağlılığı daha da gücləndirəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ