SON DƏQİQƏ

Qaxda 48 mənzilli yaşayış binası tikiləcək

Tarix:

29-10-2018, 18:49

/ 10 324 dəfə oxundu.
Qaxda 48 mənzilli yaşayış binası tikiləcək

Azərbaycan prezidenti İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az-ın məlumatına görə, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ