SON DƏQİQƏ
» » 3 ölkənin XİN rəhbərləri İstanbulda görüşəcək

3 ölkənin XİN rəhbərləri İstanbulda görüşəcək

Tarix:

28-10-2018, 11:40

/ 10 322 dəfə oxundu.
3 ölkənin XİN rəhbərləri İstanbulda görüşəcək

Oktyabrın 29-u Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zakaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək.

GunAz.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir: "Görüş zamanı üçtərəfli əməkdaşlıq üzrə tərəqqinin və son regional və qlobal hadisələrin müzakirəsi gözlənilir".

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.

скачать dle 12.1

Şərhlər