SON DƏQİQƏ
» » Azərbaycandan Fransaya rəsmi etiraz - Səfir XİN-ə çağırıldı

Azərbaycandan Fransaya rəsmi etiraz - Səfir XİN-ə çağırıldı

Tarix:

23-10-2018, 20:37

/ 10 387 dəfə oxundu.
Azərbaycandan Fransaya rəsmi etiraz - Səfir XİN-ə çağırıldı

Fransanın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə GunAz.az-a nazirlikdən məlumat verilib.

Ona, Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa Hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə AR XİN-in rəsmi notası təqdim olunub.

скачать dle 12.1

Şərhlər