SON DƏQİQƏ
» » Ərdoğan və Tramp arasında MÜHÜM SÖHBƏT: Camal Qaşıqçı…

Ərdoğan və Tramp arasında MÜHÜM SÖHBƏT: Camal Qaşıqçı…

Tarix:

22-10-2018, 09:13

/ 10 306 dəfə oxundu.
Ərdoğan və Tramp arasında MÜHÜM SÖHBƏT: Camal Qaşıqçı…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

GunAz.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçıları iki ölkə arasındakı əlaqələri, terrorla mübarizə məsələləri, Suriyadakı son prosesləri və İstanbulda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçı işini müzakirə ediblər.

Liderlər amerikalı rahib Endryu Branson ilə əlaqədar hüquqi prosesə və FETÖ də daxil olmaqla, terrorla mübarizədə əməkdaşlıq mövzusuna toxunublar.

İki lider Münbiçdə razılaşdırılan “yol xəritəsi”nin tezliklə icrasının əhəmiyyətini vurğulayıblar və İdlib razılaşmasının əhəmiyyətini qeyd ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ