SON DƏQİQƏ
» » Məmmədyarov monqolustanlı həmkarı ilə görüşdü

Məmmədyarov monqolustanlı həmkarı ilə görüşdü

Tarix:

29-09-2018, 16:34

/ 10 301 dəfə oxundu.
Məmmədyarov monqolustanlı həmkarı ilə görüşdü

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Monqolustanın Xarici İşlər naziri Damdin Tsogtbatar ilə görüşüb.

XİN-dən GunAz.az-a verilən məlumata görə, görüş ABŞ-ın Nyu York şəhərində keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etdi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüş zamanı nazirlər “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalayıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ