SON DƏQİQƏ
» » “Türkiyənin Naxçıvanda hərbi baza qurması...” – Politoloq

“Türkiyənin Naxçıvanda hərbi baza qurması...” – Politoloq

Tarix:

15-09-2018, 09:22

/ 10 339 dəfə oxundu.
“Türkiyənin Naxçıvanda hərbi baza qurması...” – Politoloq

Türkiyənin Azərbaycanın Naxçıvan bölgəsində hərbi baza quracağı ilə bağlı yayılmış məlumatlar məqsədyönlü ola bilər.

Bunu Teleqraf.com-a politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, bu kimi ehtimallar zaman-zaman gündəmə gəlir:

“Hazırda Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığa mane olacaq amillər yoxdur. Amma vaxtilə bu ehtimallar var idi. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, lakin ölkənin hərbi doktrinası ölkənin ərazi bütövlüyü və təhlükəsizliyin təmin edilməsi ilə bağlı müvafiq hərbi əməkdaşlığa imkan verir.

Digər yandan, Türkiyə NATO üzvü olsa da, hazırda Qətərdə hərbi bazası var və Rusiyadan “S-400” raketləri alır. Bu, NATO-nun standartlarına uyğun deyil. Yəni, bundan əvvəl o maneələr ki, qabağa çəkilirdi, indi ortalıqda bu faktorlar yoxdur. Əlbəttə, istənilən vaxt Türkiyənin Azərbaycan ərazilərində hərbi baza qurmaq ehtimalı ortaya çıxa bilər, amma bu o demək deyil ki, bu ehtimallar realdır. Bu, məqsədyönlü şəkildə ortaya atılmış informasiya da ola bilər”.

Elçin Mirzəbəyli Türkiyənin Naxçıvanda hərbi baza quracağı ilə bağlı ortaya çıxmış ehtimalın təxribat xarakterli olduğunu da istisna etmir:

“Məlumdur ki, hazırda Türkiyə və Rusiya arasında İdlib məsələsinə görə, fikir ayrılıqları var. Eyni zamanda, Ermənistan da bu və digər məsələlərə görə, Türkiyə-Azərbaycan münasibətlərindən narahatlıq keçirir. Buna görə də, bu məlumat təxribat xarakterli də ortaya çıxarıla bilər. Digər yandan isə, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığı genişləndirməyə mane olacaq amillər yoxdur”.

Qeyd edək ki, Rusiya KİV-də Türkiyənin Naxçıvanda hərbi baza quracağı ilə bağlı məlumat yayılıb.
Rusiyalı hərbi ekspert Pavel Felgenhaur isə hesab edir ki, Türkiyə bu bazanı Rusiyanın etirazı olmadan qura bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ