SON DƏQİQƏ
» » İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Tarix:

6-09-2018, 18:36

/ 10 303 dəfə oxundu.
İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Braziliya Prezidenti Mişel Temerə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ