SON DƏQİQƏ
» » Elmar Məmmədyarov yeni səfirinin etimadnaməsini qəbul etdi

Elmar Məmmədyarov yeni səfirinin etimadnaməsini qəbul etdi

Tarix:

28-08-2018, 19:10

/ 10 284 dəfə oxundu.
Elmar Məmmədyarov yeni səfirinin etimadnaməsini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasına təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Z.Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov səfir Z.Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ