SON DƏQİQƏ

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Tarix:

27-08-2018, 21:22

/ 10 363 dəfə oxundu.
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Zurab Pataradze Gürcüstanın Azərbaycana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Report xəbər verir ki, bu barədə fərmanı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili imzalayıb.

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ