SON DƏQİQƏ
» » Gədəbəydə yol tikintisinə 11.4 milyon manat ayrıldı

Gədəbəydə yol tikintisinə 11.4 milyon manat ayrıldı

Tarix:

1-08-2018, 18:59

/ 10 302 dəfə oxundu.
Gədəbəydə yol tikintisinə 11.4 milyon manat ayrıldı

Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncamda deyilir:

Sərəncamda qeyd edilir ki, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ