SON DƏQİQƏ
» » Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Tarix:

27-06-2018, 13:00

/ 10 353 dəfə oxundu.
Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Gunaz.az xəbər verir ki, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ