SON DƏQİQƏ

Prezidentdən 3 milyonluq SƏRƏNCAM

Tarix:

5-06-2018, 17:48

/ 10 247 dəfə oxundu.
Prezidentdən 3 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Goranboy rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Bayraq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası, üzgüçülük hovuzu inşa edilib, Rayon Mədəniyyət Mərkəzi, Dəliməmmədli şəhər xəstəxanası, 2000 yerlik şəhər stadionu əsaslı təmir olunub, 41 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, Goranboy şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsi, “Kürəkçay” və “Dəliməmmədli” elektrik yarımstansiyaları istismara verilib, “Region Agro” MMC-nin aqroparkı və digər iri istehsal, emal müəssisələri tikilib, 32 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülbü.

Sərəncamda qeyd edilir ki, Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

скачать dle 12.1

Şərhlər