SON DƏQİQƏ
» » Yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq - İlham Əliyev

Yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq - İlham Əliyev

Tarix:

14-05-2018, 15:46

/ 10 302 dəfə oxundu.
Yeni Bakı limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq - İlham Əliyev

Yeni Bakı Limanı Azərbaycanın nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq.

Gunaz.az xəbər verir ki, bunu Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əminəm ki, yeni Bakı limanı ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacaq.

Limanın tikintisi ilə bağlı bir neçə il bundan əvvəl qərar qəbul etmişəm. Bilirdim, görürdüm ki, Azərbaycanın çox böyük nəqliyyat, tranzit potensialı olacaqdır, ölkəmiz sürətlə inkişaf edəcəkdir. Belə bir qərarın qəbul edilməsi göstərdi ki, bizim siyasətimiz uzaqgörən siyasətdir, düşünülmüş siyasətdir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ