SON DƏQİQƏ

Ağcabədiyə 8 milyon manat ayrıldı

Tarix:

2-05-2018, 18:49

/ 10 422 dəfə oxundu.
Ağcabədiyə 8 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az-ın xəbərinə görə, 8 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ