SON DƏQİQƏ
» » Yeni baş nazir hansı müavinlərlə işləyəcək? – Millət vəkili

Yeni baş nazir hansı müavinlərlə işləyəcək? – Millət vəkili

Tarix:

21-04-2018, 15:41

/ 10 639 dəfə oxundu.
Yeni baş nazir hansı müavinlərlə işləyəcək? – Millət vəkili

Novruz Məmmədov hökumət rəhbərliyinə olan tələblərə tam cavab verir.

Gunaz.az xəbər verir ki, Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bu gün Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin olunmasına münasibət bildirərkən deyib. O bildirib ki, Novruz müəllim uzun müddət həm ulu öndər Heydər Əliyevlə, həm indiki prezident cənab İlham Əliyevlə işləyib:

“Yüksək idarəçilik təcrübəsinə malikdir, dövlət quruculuğu və cəmiyyətin problemləri məsələsindən kifayət qədər məlumatlıdır. Eyni zamanda, uzun illər xarici siyasət məsələləri ilə məşğul olması onun xarici ölkələrin təcrübəsi ilə yaxından tanış olmasına şərait yaradıb. Bugünkü təyinat ona qazandığı təcrübənin Azərbaycanda yayılmasına birbaşa rəhbərlik etmək imkanı verəcək. Novruz Məmmədovu bütün Azərbaycan cəmiyyəti tanıyır və onun cəmiyyətdə müsbət imici var. Novruz müəllim çox zəhmətkeş, çalışqan, dövlətçiliyə bağlı, fərqli fikirlərə və müzakirəyə açıq bir insan kimi tanınır. Hesab edirəm ki, onun baş nazirliyi Azərbaycanın maraqlarına tam ciddi cavab verəcək”.

Millət vəkili Novruz Məmmədovun baş nazir təyin edilməsindən sonra baş nazirin 7 müavinindən hansılarla işləyəcəyi barədə sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib:

“Bu barədə açıqlama vermək hələ tezdir. Bu, cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. Hər halda, həyat sübut etdi ki, prezidentimiz öz seçimlərində heç vaxt səhv etmir”.

Azərbaycanda baş nazirin 6 müavini var:

1. Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov

2. Baş nazirin müavini Abid Qoca oğlu Şərifov

3. Baş nazirin müavini Elçin İlyas oğlu Əfəndiyev

4. Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov

5. Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Şamil oğlu Həsənov

6. Baş nazirin müavini İsmət Dursun oğlu Abasov

Qeyd edək ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin baş nazir vəzifəsinə təqdim etdiyi PA şöbə müdiri Novruz Məmmədovun namizədliyini təsdiqləyib.

скачать dle 12.1

Şərhlər