SON DƏQİQƏ
» » NATO generalların Bakı görüşü barədə məlumat yayıb

NATO generalların Bakı görüşü barədə məlumat yayıb

Tarix:

19-04-2018, 18:34

/ 10 290 dəfə oxundu.
NATO generalların Bakı görüşü barədə məlumat yayıb

NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

Gunaz.az-ın xəbərinə görə, məlumatda deyilir ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib: “Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər”, – deyə Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ