SON DƏQİQƏ
» » Qulam İshaqzai prezident İlham Əliyevi təbrik etdi

Qulam İshaqzai prezident İlham Əliyevi təbrik etdi

Tarix:

13-04-2018, 14:23

/ 10 333 dəfə oxundu.
Qulam İshaqzai prezident İlham Əliyevi təbrik etdi

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Gunaz.az-ın xəbərinə görə, təbrikdə deyilir: “Zati-aliləri. 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İdarə Heyəti adından ən səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Bu qələbə ölkənin inkişafına və Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına layiqli töhfələr vermiş uğurlu islahatlarınızın və uzunmüddətli sosial proqramlarınızın bariz göstəricisidir.

Birləşmiş Millətlər Təşkilatı bu qurumun çox dəyərli və sadiq üzvü olan Azərbaycanla hər zaman faydalı əməkdaşlıq və tərəfdaşlıq etmiş və bundan sonra da Azərbaycan hökumətinin inkişaf prioritetlərinə və “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olması üçün göstərdiyi səylərə öz dəstəyini davam etdirmək niyyətindədir.

Zati-aliləri, mən Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz səylərdə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edəsiniz”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ