SON DƏQİQƏ

Ruhani Azərbaycan prezidentini təbrik edib

Tarix:

12-04-2018, 11:41

/ 10 319 dəfə oxundu.
Ruhani Azərbaycan prezidentini təbrik edib

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Gunaz.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Sizi yenidən prezident seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu seçim Azərbaycan xalqının hökumətinizin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiyini və sizin rəhbərliyinizlə bu inkişafın davam etdirilməsində maraqlı olduqlarını göstərir. Şübhəm yoxdur ki, iki ölkə xalqlarının oxşar mədəni, dini və tarixi köklərinə əsaslanan İran-Azərbaycan dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdiriləcək. Allahdan sizin üçün sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqı üçün rifah diləyirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ