Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Gunaz.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 (beş milyon bir yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu sərəncamın irəli gələn məsələləri təmin etmək tapşırılıb.