SON DƏQİQƏ
» » Prezident Macarıstanın baş nazirini təbrik edib

Prezident Macarıstanın baş nazirini təbrik edib

Tarix:

9-04-2018, 13:34

/ 10 287 dəfə oxundu.
Prezident Macarıstanın baş nazirini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Macarıstan baş naziri Viktor Orbana məktub göndərib.

Gunaz.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Baş nazir, başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilmiş parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 

Seçkilərin nəticələri həyata keçirdiyiniz siyasətə xalqınızın dəstəyini, Sizə olan etimadını bariz şəkildə əks etdirir. İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ