SON DƏQİQƏ
» » Prezident “Microsoft”-un vitse-prezıdenti ilə görüşdü

Prezident “Microsoft”-un vitse-prezıdenti ilə görüşdü

Tarix:

23-01-2018, 19:57

/ 1 050 dəfə oxundu.
Prezident “Microsoft”-un vitse-prezıdenti ilə görüşdü

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

Gunaz.az xəbər verir ki, görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ