SON DƏQİQƏ
» » Pentaqondan Pakistana zərbə - Yardım dayandırıldı

Pentaqondan Pakistana zərbə - Yardım dayandırıldı

Tarix:

9-01-2018, 08:15

/ 1 106 dəfə oxundu.
Pentaqondan Pakistana zərbə - Yardım dayandırıldı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Pakistana 2017-2018-ci illər üçün hərbi əməliyyatlar qarşılığında 900 milyon dollarlıq yardımın təxirə salındığını deyib.

Gunaz.az xarici mediaya istinadla xəbər verir ki, Pentaqon sözçüsü polkovnik Rob Maninq ABŞ-ın izində olduğu terroristlərə qarşı Pakistanın ciddi addım atacağına ümid edildiyi üçün nəzərdə tutulan 900 milyon dollarlıq məbləğin tam ləğv edilmədiyini deyib.

Rob Maninqin sözlərinə görə, Koalisiya Dəstək Fondu tərəfindən ayrılacaq məbləğ barədə qərarın icrası müvəqqəti dayandırılıb.

Pentaqon sözçüsü bildirib ki, Taliban və Hakani qruplaşmalarının rəhbərləri və hücum planlaşdıranlar Pakistan torpağında qalmamalıdır: “Onlar Pakistandan hücum etməməlidirlər. ABŞ bu məqsədlə Pakistanın atacağı konkret addımlar barədə məlumat verib. Heç bir fərq qoymadan Pakistanla bütün terror qruplarına qarşı birgə əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, bu məsələ ətrafında Pakistan hakimiyyəti ilə müzakirələr davam edir: “Qarşıdakı 2 il ərzində məsələ həll olunmazsa, Pakistan üçün ayrılan vəsait təxirə salınacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ