SON DƏQİQƏ
» » Nalbandyan: Ərazilərin qaytarılması müzakirə olunur

Nalbandyan: Ərazilərin qaytarılması müzakirə olunur

Tarix:

19-09-2017, 00:10

/ 1 494 dəfə oxundu.
Nalbandyan: Ərazilərin qaytarılması müzakirə olunur

Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində "Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir.

 

GUNAZ.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu bazar ertəsi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

"Ərazilərin qaytarılması ilə əlaqədar söhbət təhlükəsizlik baxımından nə Qarabağa, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir", - deyə Nalbandyan İrəvanda "Ermənistan-Diaspora" VI Ümumerməni Forumunda iştirakçıların suallarını cavablandırarkən qeyd edib.

"Başqa təfərrüatlar barədə məlumat verə bilmərəm, əks təqdirdə danışıqlar uğursuzluğa düçar olar", - deyə nazir əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ