SON DƏQİQƏ
» » İlham Əliyev idman mərkəzinin açılışında - Foto

İlham Əliyev idman mərkəzinin açılışında - Foto

Tarix:

8-09-2017, 13:00

/ 1 168 dəfə oxundu.
İlham Əliyev idman mərkəzinin açılışında - Foto

10:09
Sentyabrın 8-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində "Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub.
GUNAZ.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsib.
Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verib.
Bildirilib ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini futbol və basketbol meydançalarından ibarətdir.
Dövlət başçısı müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış olub.
Zuğulba tədris idman bazasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

 
 
 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər