SON DƏQİQƏ
» » Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başladı

Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başladı

Tarix:

5-09-2017, 17:19

/ 1 412 dəfə oxundu.
Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başladı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
Məlumata görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.
Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.
Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq. /apa

GUNAZ.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ