
Sentyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir HəsənovPolşanın milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.
GUNAZ.az bildirir ki, Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z. Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.