Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi
Tarix:
8-08-2017, 18:43
/ 3 546 dəfə oxundu.
Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama təbrik məktubu göndərib. GUNAZ.azxəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm".