SON DƏQİQƏ

İlham Əliyev fərman imzaladı

Tarix:

7-08-2017, 13:07

/ 3 974 dəfə oxundu.
İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 764-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
GUNAZ.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Fərmanda qeyd olunub ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"həmin Qanunun 11.1.8.2-ci maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”;
3.2. ikinci–dördüncü abzaslar, müvafiq olaraq, 3.1–3.3-cü bəndlər hesab edilsin.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ