Azərbaycan Prezidenti Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.