Azərbaycan Prezidenti yaxın günlərdə Latviyaya səfər edəcək
Tarix:
13-07-2017, 09:02
/ 2 475 dəfə oxundu.
Azərbaycan Prezidenti İlham Əliyev və bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.
GUNAZ.azLatviya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.
Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.
Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək. (Report)