SON DƏQİQƏ
» » İran səfiri: "Azərbaycan ciddi addımlar atmalıdır"

İran səfiri: "Azərbaycan ciddi addımlar atmalıdır"

Tarix:

5-07-2017, 18:41

/ 6 186 dəfə oxundu.
İran səfiri: "Azərbaycan ciddi addımlar atmalıdır"

"Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinə qarşı atdığı son addımlar bizdə ciddi təəssüf doğurub".
Trend-ə istinadən xəbər verilir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.
Diplomat bununla bağlı həlak olanların ailəsinə və Azərbaycan dövlətinə başsağlığı verib:
"Mülki şəxslərə qarşı hərbi addım tərəfimizdən pislənir. Beynəlxalq qayda və qanunlar humanitar hüququn pozulmasını pisləyir. Ermənilər tərəfindən atılan bu cür təhrikedici addımlar münaqişənin siyasi və sülh yolu ilə həlli prosesinə heç bir köməklik göstərməyəcək və vəziyyəti daha da gərginləşdirəcək".
Səfir 2 yaşlı Zəhranın qətlə yetirilməsini cinayət işi adlandırıb:
"Azərbaycan dövləti öz mülki vətəndaşlarına qarşı atlan qeyri-qanuni addımları aidiyyəti beynəlxalq təşkilat və dairələr səviyyəsində araşdırmaq hüququna malikdir. Minsk qrupu atəşkəs rejiminin pozulması hallarının və müki vətəndaşlara qarşı bu hərəkətlərin qarşısını almaq üçün ciddi addımlar atmalıdır".

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ